Biçepsləri böyüdən 3 hərəkət

Biceps əzələləri iki başlı əzələlər olduğu halda, çox kişi onları tək istiqamətli  inkişaf etdirir və var gücləriylə bu əzələləri şişirməyə çalışır. İdman salonununa gələnlərə baxdığınızda da hamısının bicepslerinin qızıl medala layiq olduğunu düşünürsünüz. Lakin işin həqiqətinə baxdığımızda, hər kəsin bicepslərini o qədər də yaxşı qulluq etmədiklərini görürük.

Yaxşı siz nə edəcəksiniz?

Əvvəlcə, bicepslərinizi daha böyük göstərmək üçün bir bədən kiçik ölçüdə t-shirt geyinə bilərsiniz. Lakin bu bizim heç də istədiyimiz bir şey deyil. Siz, digər yolu seçin və bicepslərinizi Julian Smith ilə şişirdin. Smith, sizlər üçün bicepslərinizi həqiqi mənada şişirdəcək 3 hərəkət toplayıb. Julianın Biceps böyüdücü 3 hərəkətini təqdim edirik:

1. Wide-qrip barbell curl

Julian, bu hərəkəti Biceps squatı olaraq edir və bu hərəkətə Biceps məşqlərində mütləq yer verməyiniz lazım olduğunu söyləyir.

Yaxşı nə üçün çiyin genişliyindən daha geniş bir tutuş etməlisiniz? Çünki hərəkəti bu genişlikdə etdikdə, Biceps sinəyə yaxın qisminə, bir başqa formada daxil olur. Bicepslərinizin bu hissəsini işlətməklə, qarşıdan baxıldığında qollarınızı daha qalın görünməsini təmin edəcəksiniz.

Julianın təklifi, 6-10 təkrardan 3-4 set etməniz istiqamətindədir.

2. Single-arm concentration curl

Qollarınız üçün bu hərəkətdən daha yaxşısı yoxdur deyə bilərik. Bu hərəkəti həftəlik məşq təkrarlamanıza əlavə etməklə, çəlimsiz qollara əlvida deyə bilərsiniz. Bu hərəkətdə, Biceps əzələləriniz, başqa heç bir əzələnizin köməyi olmadan təcrid bir şəkildə çalışır.

Dirsəklərinizin aşağıya tərəfə və çiyinlərinizi azca qarşısında fokuslanmağınıza əmin olun.

Hər bir tərəflə 15-20 dəfə təkrardan 3-4 set edin.

3. Bent-over barbell curl

Əslinə baxsanız, bu hərəkət iki hərəkətin birləşməsindən meydana gəlir. Yeni başlayanlar üçün təklifi, 8-12 təkrardan 4 set etməniz şəklindədir.

Formanızı düzgün tutmağı əsla unutmayın. EƏyildiyiniz zaman, bədəninizin düz və çiyin başlarınızın geridə olduğundan əmin olun.

Bu 3 hərəkəti istər tək bir məşqdə istifadə edin, istəsəniz də həftəlik təkrarlananınıza əlavə edin. Bu 3 hərəkəti düzgün bir qidalanma ilə birləşdirdiyinizdə, xəyallarınızı bəzəyən Bicepsə qovuşmuş olacaqsınız.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.