Hər gün ton balığı yemək olarmı?

Hər gün ton balığı yeməyin zərəri varmı? Bilməniz lazım olanları izah edirik.
Ton balığı ən əlverişli zülal qaynaqlarından biridir. Bu xüsusiyyəti sayəsində, hər kişinin qəbul etməli rasionlar siyahısına daxil ola bilər.

Bəs hər gün ton balığı yemək problem yarada bilərmi?

Qısa bir cavab verək: Problem olmaya bilər. Lakin əgər bu işi səhv etsəniz, zəhərlənmə ilə qarşılaşa bilərsiniz. Environmental and Occupational Health Sciences Institutunda Dr. Michael Gochfeld, bildirir ki, zəhərlənmənin tarazlıq itkisi kimi problemlərə yol aça bilər.

Bəs hansı miqdarda qəbul etsək zərəri olmaz?
Heç kim bu miqdarı tam olaraq bilmir. Lakin ən azından mütəxəssislərin uzlaşdığı 2 nöqtə var. Belə ki:

Balıq sağlamlığa faydalıdır

Tufts Universiteti Friedman School of Nutrition Science and Policy dekanı Dr. Dariush Mozaffarian bildirir ki, araşdırmalara görə balıq istehlakı, ürək xəstəliklərinə bağlı ölüm riskini azaldır. Hər nə qədər kafi dəlil olmasa da, balıq istehlakının iflic, depressiya, xərçəng, və astma ilə də mübarizə etdiyi ifadə edilir. Balıq istehlakını məhdudlaşdırmaq, sizi bu faydalardan məhrum buraxa bilər.

Təhlükənin olması bir az şişirdilmiş məlumatdır

Zəhərlənmə üçün balıq qəbulunu ifrat dərəcədə qəbul etmək lazımdır.

Bizim tövsiyyəmiz: Həftədə 4 dəfə light ton balığı yemək, az qala bütün kişilər üçün heç bir problem yaratmaz.

Şərhini yaz