iPhone 8-in istehsalına start verildi

Məşhur OnLeaks ləqəbi ilə tanınan insayder Steve Hemmerstoffer bildirib ki, "Apple", iPhone 8-in istehsalına start verib.

Bu barədə o öz Twitter hesabında şəxsi mənbələrə istinadən bildirib. Onun sözlərinə əsasən iPhone 8-in istehsalına, "Apple"ın qrafik planı üzrə start verilib və bu baxımdan cihazın satış tarixində problemlər yaşanmamalıdır. Bundan əlavə olaraq bu o deməkdir ki, yaxın zamanda bizi, istehsalatdan olacaq sızıntılar gözləyə bilər. Bu baxımdan iPhone 8 haqqında məlumatlar, təqdimatdan öncə də sızdırıla bilər. Bununla belə bir sıra mənbələrin verdikləri məlumatlara əsasən iPhone 8, bir qədər gecikmə ilə satışa çıxacaq. Bu, OLED ekranların çatışmazlığı və cihazın texniki problemləri ilə bağlı ola bilər. Məlumatlara əsasən hal hazırda şirkət mühəndisləri, iPhone 8-də reallaşdırılacaq bir sıra texnologiyalar ilə bağlı çətinliklər çəkirlər. Qeyd etmək lazımdır ki, yeni iPhone modeli, "Apple" şirkəti tərəfindən Sentyabr-da keçiriləcək ənənəvi tədbirdə təqdim olunacaq. Məlumatlara əsasən iPhoen 8, çərçivəsiz OLED ekrana və istifadəçi üzü skanına sahib olacaq.

Şərhini yaz