Əgər çoxlu sayda viaqra qəbul etsəniz, onda sizin penislə nə baş verəcək?

Bunu qısası iki sözlə bildirə bilərik : "Ağrı olacaq"

Yəqin ki, həyatınızda ən azı bir dəfə viaqra istifadə etmək barəsində düşünmüsünüz. Onu istifadə etdikdə o, sizə necə təsir edəcək. Amma hələ də istifadə etməmisinizsə, o, zaman aptek vitrini qarşısında dayanıb, ən zərərərsiz hansıdır deyə düşünüb, onu əldə etmək istəmisiniz. Amma yəqin onu da bilirsiniz ki, viaqra sizin ürəyiniz üçün çox zərərlidir. Alimlər bunu daha dərindən araşdırıblar və çox sayda viaqra qəbulunun sağlamlığa hansı fəsadlar verə biləcəyi haqqında məlumatlar paylaşıblar. Hər şey öz dərəcəsində yaxşıdır. Bu cümlə elə viaqra mövzusuna da aiddir. Viaqra istifadə etməzdən əvvəl, sağlam olduğunuza əmin olun. Çünki çox istifadəsinin verəcəyi fəsadlar sizin üçün ağır ola bilər.

Əgər siz çox miqdarda uzun müddət viaqra istifadə etmisinizsə, o zaman sizin boşalmanız uzun müddət çəkəcək və penisinizdə müəyyən ağrılar baş verəcək. Əgər bu hal uzun müddət davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu sizin penisinizə çox böyük fəsadlar verə bilər. Ən əsası penisdə olan qan damarlarını partlada bilər. Eyni zamanda bu fəsadlar gələcəkdə ereksiya olmanız üçün də ziyanlı ola bilər. Əgər siz öz intim həyatınızla həmişəlik sağollaşmaq istəmirsinizsə, o zaman bu dərmanın istifadəsindən uzaq olun. Bunu sizə biz demirik. Bunu sizə bu araşdırmanı aparan həkimlər bildirir.

Şərhini yaz