Bu gün qarın əzələlərinizi məşq etdirməniz üçün 8 səbəb

Məsələ yalnız seksi qarın əzələlərinə sahib olmaq deyil. Mərkəz bölgənizi möhkəmləndirmək, sizə bir çox fayda verəcək.
Düz və əzələli bir qarına sahib olmaq üçün məşq proqramınızda o qədər əmək sərf edirsiniz. Lakin məsələ yalnız 6-Packın o ovsunlayıcı görünüşünə sahib olmaqdan ibarət deyil. Çünki gözəl qarın əzələlərinə sahib olmaq, seksual görünüşdən çox daha fərqli faydalarla təmin edir. Hansı faydalardan bəhs edirik?
1- Daha yaxşı idmançı olmaq üçün

Mərkəz bölgənin qüvvətli olması, həm qüvvət həm də sürət mənasında sizi daha yaxşı bir idmançı edəcək. Bunun səbəbi isə, qüvvətli bir mərkəz bölgə sayəsində qol və qıçlarınıza daha çox güc transfer edə bilmənizdir. Bu da daha sərt yumruqlar, daha sərt addımlar deməkdir.
2- Daha yaxşı tarazlıq üçün

Mərkəz bölgənizi möhkəmə almanız, hərəkət halındakı gövdənizin daha möhkəm dayanmasını təmin edər. Tarazlıqdan bəhs edirik. Qarın əzələlərinizi və dolayısıyla da tarazlığınızı inkişaf etdirdikdə, şikəstliklərdən qorunacağınız kimi hərəkətlərinizi də daha məhsuldar hala gətirmiş olursunuz.

Tarazlıq testinə ehtiyacınız var? Belə edin: Qollarınız yanlara açıq şəkildə tək ayağınız üzərində durun. 60 saniyəni tamamlaya bilsəniz, testi keçmisiniz deməkdir.
3- Bel ağrılarından xilas olmaq üçün

Qarın məşqi etməniz, bel ağrılarını nəzarət altında tutmağınıza kömək edəcək. Əgər bel bölgəniz ağrıyırsa, side plank, situp, bird dog ya da curlup kimi hərəkətləri edə bilərsiniz.
4- Dik dayanmaq üçün

Mərkəz bölgənin qüvvətli olması daha dik dayanmanızı təmin edəcək.
5- Daha ağır daşlar qaldırmaq üçün

Qarın əzələləriniz möhkəm olduğu zaman, idmanda qaldırdığınız ağırlıq miqdarı da artar. Ağır qüvvət məşqlərindən əvvəl 10 dəqiqə qarın bölgənizi işlədin və faydalarını görün.
6- Ninja kimi hərəkət etmək üçün

Mərkəz bölgəni işlətməklə siz daha çevik bir kişi olacaqsınız.
7- Onurğa sütununu nəzarət altında tutmaq üçün

Qarın əzələlərinin məşqi sizin onurğanızı da daha möhkəm edcək.
8- Daha çox yaşamaq üçün

Qarın məşqi etmək ömürünüzü də uzadır. Çünki qarın bölgəniziz arıqlaması, erkən ölüm riskini azaldır. Qarın bölgəsində meydana gələcək təxminən 5 sm-lik bir arıqlama, erkən ölüm riskinizi 7% aşağı sala bilər.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.