Gənc qalmaq üçün bu məşq proqramından istifadə edin

Həftədə 3 dəfə bunu etsəniz hüceyrələriniz sizə sonsuz sayda təşəkkür edəcək.
Gənc qalmanın ən yaxşı yolu həqiqətən də hərəkət etməkdən keçir. Fiziki hərəkətlər ürək sağlamlığını qoruyur. Mayo Clinicin tədqiqatlarına görə diqqət edilməsi lazım olan bir məsələ var: gəncləşmək üçün hər edilən məşq eyni təsirə sahib deyil.

Yaşlı illərə meydan oxumaq üçün ən təsirli məşq hansıdır? Araşdırmaya görə, yüksək sıxlıqlı məşq etmək ən yaxşısıdır.

30 yaşdan aşağı və 65 yaşdan yuxarı olmaq şərti ilə iki yaş qrupundan 36 kişi və 36 qadının araşdırıldığı araşdırmada, iştirakçılara, yüksək sıxlıqlı məşq, ağırlıq istifadə edərək edilən qüvvət məşqi və yüngül velosiped ilə məşqdən ibarət olan 3 ayrı məşq proqramı tətbiq olundu. Hər bir qrup, işlərini 12 həftədə tamamladı.

Daha sonra iştirakçıların əzələ kütlələrindəki dəyişmənin təsbit edilə bilməsi üçün bədənin qan şəkərini məhsuldar istifadə etməsini təmin edən insulin həssaslığı dəyərlərinə baxıldı.

Əldə edilən tapıntılara görə, hər nə qədər qüvvət məşqi sayəsində əzələ kütləsi qazanılsa da, yüksək sıxlıqlı məşqin faydalı olduğu müşahidə edildi. Bundan əlavə, yüksək sıxlıqlı məşqlər insulin həssaslığını da inkişaf etdirərək diabet riskini də azaltdı.

Yüksək sıxlıqlı məşqlər zülalların artırılması üçün faydalıdır. Bu da, hüceyrələrin daha yaxşı işini təmin edir.

Həftənin 3 günü yüksək sıxlıqlı məşq etməniz, yaşlanmağa qarşı bir xeyli kömək edəcək. 15 dəqiqəlik məşqlərlə başlayın. Məsələn, 2 dəqiqə ərzində sprint edin və sonra 1 dəqiqə ərzində rahat bir tempdə irəliləyin. Bu dövrü 4 dəfədən çox olacaq şəkildə, 15 dəqiqə ərzində təkrarlayın.

Bədəniniz yüksək sıxlıqlı məşqə öyrəndikcə, müddəti də uzada bilərsiz.

Həftədə 2 dəfə müqavimət məşqi etməniz, əzələ inşa etməniz baxımından da yaxşı olacaq. Əzələ kütləsi qazanmanın da cavanlaşdırıcı faydalarının olduğunu söyləyirik. Yaşlanmağa bağlı olaraq insanlar ümumiyyətlə əzələ kütləsi itirirlər və buna bağlı olaraq da bir çox sağlamlıq problemi meydana gələ bilər.

Nəticə? Həftənin 3 günü edəcəyiniz yüksək sıxlıqlı məşqlərə 2 gün ağırlıq daşları ilə işləməklə bədəninizi dəstəkləyin.

Şərhini yaz