Harun Kolçakın vəsiyyəti

Bütün orqanlarımı bağışladığım üçün, böyük ehtimalla məni sizə paketlərdə təqdim edəcəklər. Ona görə də məni çox narahat etməyin. Cəsədimi həmin paketlərdə torpağa basdırın və üzərində ağac əkin. Məzar daşı və s istəmirəm.

Nə cənazəmdə nə də 3, 7 və 40 günlüyümdə ehsan verib, bunu çox sevərdi bişirək və s. kimi bəhanələrlə qarnınızı doldurmayın. Sizin dadlı yeməklər yeməyiniz üçün mən ölmədim. Mənim canım üçün yediyiniz hər tikə boğazınızda qalsın. Mən sağ olan zaman etmədiyiniz yaxşılıqları, mən öləndən sonra etməyə cəhd göstərməyin. Əgər ehsan vermək qərarına gəlmisinizsə, bunu küçə itləri üçün edin. Mənim əşyalarım qiymətlidir. Onları heç kimə verməyin. Geyimlərimi kasıb insanlara paylayın. Digər əşyaları isə ya atın, ya da yandırın. Mənə aid heç bir şey qalmasın. Məni tanıyanlar bilir ki, mən necə açıq sözlüyəm.

Buna görə də ürəyim istəyir ki, hər birinizdən əvvəl öləm. Sonraya qalıb, kiminsə ölüsüynən məşğul olmaq istəmirəm.

Arxamca istədiyiniz qədər danışa bilərsiniz. Sizinlə bunları mübahisə etməkdənsə, nə yaxşı ki, ölmüşəm deməyim əla olardı.

Sonda onu da bildirim ki, heyvanları insanlardan daha çox sevirəm. Bu da mənim son sözüm olsun.

Şərhini yaz