Spirtli içkinin çəki artımında rolu

Spirtli içkinin 1 qramında 7 kalori mövcuddur. Amma bədəninizə verdiyi fəsadlar bununla bitmir. Spirtli içki qəbulunu normadan artıq etdikdə, bədəninin daha çox maye itirməyə başlayır. Bu da nəticədə böyrəklərin daha çox işləməsinə səbəb olur və böyrəyin işləmə funksiyasını zəiflədir.

Daha çox spirtli içki qəbulu bədənin yağlanması prosessini sürətləndirir. Spirtli içki içən zaman normanı bilmək lazımdır və o normanı aşmamaq mütləqdir. Dostlarınızla içki içmək qərarına gəlmisinizsə, ilk olaraq qırmızı şəraba üstünlük verin. Onun tərkibi antioksidantlarla zəngindir və qədəhində 100 kalori var.

Əgər axşam spirtli içki çox qəbul etmisinizsə, səhəri gün mütləq şəkildə çoxlu maye qəbul edin və meyvə ilə qidalanın. Ən yaxşısı isə spirtli içki qəbulunu minimuma salmağa çalışın.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.