Bahalı “Lamborghini” smartfonu satışa çıxarılıb

"Tonino Lamborghini" şirkətinin istehsal etdiyi 2450 dollarlıq "Alpha-One" smartfonu satışa çıxarılıb.

"Qualcomm Snapdragon 820" prosessoru ilə təchiz edilən smartfon 4 giqabayt operativ və 64 giqabayt quraşdırılmış (microSD kartları üçün çıxış da nəzərdə tutulub) yaddaşa malikdir. "Quad HD" təsvir ölçülü 5,5 düym diaqonallı ekran "AMOLED" texnologiyası əsasında hazırlanıb. Həmçinin, "Alpha-One" 20 meqapikselli əsas və 8 meqapikselli ön kameralarla təchiz olunub.

Məlumata görə, 3250 milliamper/saat tutumlu akkumulyator "Quick Charge 3.0" sürətli enerjidoldurma funksiyasını dəstəkləyir. Bundan başqa, smartfon iki SİM kartla işləyə bilir.

Yeni qurğunun qiymətinin baha olması təkcə "Lamborghini" əmtəə nişanı ilə deyil, smartfon korpusunun maye metaldan hazırlanması, eləcə də bəzək üçün bahalı italyan dərisindən istifadə edilməsi ilə izah edilir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.