Niyə biz öz həyatımızla nə etməli olduğumuzu bilmirik?

İnsanlara yaxınlaşın və onlara sual verin: “Həyatda əsas məqsədiniz nədir?” Bu anda siz çox təəccüblənəcəksiniz. Çünki çoxları bu suala cavab verməkdə çətinlik çəkəcək. Bu əslində çox qəribə haldır. Çünki biz avtobusun arxasınca qaçmağa hazırıq ki, bir nçə dəqiqəmizə qənaət edək. Amma bütün yaşadığımız həyatımızla bağlı cavab verməyə çətinlik çəkirik. Amma daha da qorxulusu başqa şeydir...

İnsanların çox həyat məqsədləri barəsində də düşünmürlər ki, onlar niyə bu həyatda yaşayırlar. Əsas məqsədləri nədən ibarətdir. Əgər ilk olaraq məktəbə gediriksə, daha sonra Universitetə daxil oluruqsa, ondan sonra işə düzəlib işləyiriksə və sonda təqaüdə çıxırıqsa... Bəs bunlar nə üçün edilir?

Həyatda nəyəsə nail olanlara baxın. Onların bir ortaq məxrəci var. Həyatdan nə istədiklərini bilirdilər. Bütün bunları bilmək uğurun çox hissəsinə nail olmağa bərabərdir.

Özünə yol seçmək bu qədər çətindirmi? Ən asanı cipsi alıb, oturub seriala baxmaqdırmı? İlk olaraq ilk addımı atmaq lazımdır. İlkin addım isə öz üzərində işləməkdir. Öz həyatınızın məsuliyyətini öz üzərinizə götürün. Bütün bunları düzəltməyin artıq vaxtıdır. Elə deyilmi dostlar?...

Şərhini yaz