Dizlərinizi məhv edən 4 hərəkət

Diz problemləri yalnız yaşlı insanlara aid deyildir ...
Diz problemlərinizin qocalıqdaa gələcəyini və dizlərinizin artıq təhlükəsiz olduğunu düşünürsənsə, səhv edirsən. Diz problemləri hər yaşda hər kəsin başına gələ bilər.

Bundan başqa, bu cür problemlər günümüzdə daha tez-tez rast gəlinir. Dizinizə zərər verən bəzi amilləri gəlin öyrənək. Dizinizi qorumaq və həll təkliflərini bilmək üçün lazım olan səhvlər bunlardır:

Səhv 1:  İsinmə hərəkətləri

Zamanın məhdud olduğunu bilirik. İdman zalına daxil olduqda ən qısa zamanda oradan çıxmaq istəyirsiniz. Çoxu, vaxtını səmərəli qiymətləndirmək üçün məşqə başlamadan əvvəl isinmə hərəkətlərini etmir. Bu, dizləriniz üçün yaxşı bir şey deyil.

Bu səhvdən qorunmağın yolu: Məşqdən əvvəl isinmə hərəkətləri edin.

Məşqə  başlamadan əvvəl 10 dəqiqə isinmə hərəkətləri edin. Bu həm də sizin əzələlərinizi gücləndirəcək və dizləriniz mümkün risklərdən qorunacaq.

Səhv 2: Ağır çəkiyə sahib olmaq

Siz çox kilolu olduğunuzda diziniz zədələnə bilər.  Gəzinti zamanı (xüsusilə də pilləkənlərdə çıxdığınız zaman) dizinizə düşən yük sizin bədən çəkinizdən bir neçə dəfə çox ola bilər. Təzyiqdəki artım da iltihab və şikəstlik riskini artıraraq dizlərinizi daha da pisləşdirəcək.

Səhv 3: İfrat dərəcədə məşq etmək

Sağlamlığınıza ziyan vermədiyiniz müddət ərzində problem yoxdur. Ancaq bunu ifrat dərəcəyə gətirmək, dizlərinizi təhlükəyə atmaq deməkdir.

Məşq mövzusunda diqqətli olmalısan. Çünki qaçış diz ətrafındakı sümüklərə, yumşaq toxuma quruluşlarına və qığırdaqlara böyük təsir göstərir.

Məşqdən sonra ağrı hiss edirsinizsə, bir mütəxəssisə müraciət etməyiniz məsləhət görülür.

Səhv 4: Limitinizi bilməmək

İstədiyiniz gücünüzü görə bilməyəcəksiniz. Əlbəttə ki, düzgün istirahət etməsəniz. Hər gün 3 və ya 4 saat ayaqlarınızı uzadaraq istirahət etməyi unutmayın.

Şərhini yaz