Necə edək ki, oğlumuz böyüyəndə əsl kişi olsun?

Psixoloqun 21 faydalı məsləhətlərini nəzərinizə çatdırırq. Məsuliyyətli və eyni zmaanda gənc atalar üçün faydalı məsləhətləri sizin nəzərinizə çatdırmaq qərarına gəldik.

  1. Hər şeyi elə etmək lazımdır ki, övladınız sizi hər tərəfdən düzgün qəbul esin.
  2. Tanışların arasında onunla zarafat etməyin. Onun fikirlərinə dəyər verin.
  3. Oğlunuzla böyük insan kimi söhbət edin. Sizin qarşınızda bütöv bir insan dayanıb. Sadəcə bir az balaca insan.
  4. Onun verdiyi suallardan qaçmayın. Çalışın hamısına diqqətlə və təmkinlə cavab verəsiniz.
  5. Övladınıza diqqətlə qulaq asın. Lakin qeybət xarakterli danışıqlarının əvvəldən qarşısını alın.
  6. Oğlunuzun çox da nazı ilə oynamayın.
  7. Hər il özünə xidmət ilə bağlı yeni nələrisə öyrədin. 12 yaşından sonra isə ailə ilə bağlı dəyərlər haqqında məlumat verin.
  8. Özünüz gördüyünüz işlər zamanı onu işdən uzaq tutmayın. İcazə verin yanınızdadayansın. Bununla o da gələcəkdə ev işlərini görməyə öyrənəcək.
  9. Çalışın ona yağdırdığınız təriflər və cəzalar arasında düzgün balans qurasınız.
  10. Oğlunuzun səhvən etdiyi yanlışlıqlara görə (divar kağızını cırma, üz cırmaqlama və s) danlamayın. Sadəcə səhv olduğunu izah etməyə çalışın.
  11. 4-5 yaşından sonra, nəqliyyatdan istifadə etdiyi zaman böyüklərə və qadınlara yer verməyi öyrədin.
  12. Artıq məktəb yaşına yaxın, onun puldan istifadə etməsi bacarığını öyrədin.
  13. Məktəb yaşına qədər artıq bir neçə idman növü ilə məşğul olmasına öyrədin. Səhər idmanı etsin və ya üzməyi öyrədin.
  14. Səhvini sizə açıqladığı an, onun cəzasını azaldın və ya cəza verməməyə çalışın. Bu gələcəkdə etdiyi səhvləri sizdən gizlətməməyə gətirib çıxaracaq.
  15. Kiçik yaşlarından gününü planlaşdırmağı öyrədin. Zamandan düzgün istifadə etməyi bacarsın.
  16. 6-7 yaşlarından etibarən isə onun öz otağına alacağı mebeli seçməsinə imkan verin və ya qarderob formalaşdırmasında onun da fikirlərinə diqqət yetirin.
  17. İstəmədiyi şeyləri ona etdirməyə çalışmayın.
  18. Onunla daha çox vaxt keçirib, daha çox söhbət etməyə çalışın.
  19. Onunla balıq tutmağa gedin və ya kiçik səyahətlər təşkil edin. Bu tip səyahətlərdə anaların olmaması məsləhətdir. Onlar oğlunuzun daha sərt həyat tərzi keçirməsinə razı olmayacaqlar.
  20. Təhsil aldığı vaxt, düzgün yolla pul qazanmağa başlayıbsa. bunun qarşısını almayın.
  21. Kiçik yaşlarından qadınların qayğısına qalmağı öyrədin. İlk olaraq evdə anası, nənəsi və bacısının qayğısına qalmağı öyrədin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.