Apple 3-cü nəsil saatları təqdim etdi

Onlar sürətlidir, ağıllıdırlar və onlar vasitəsi ilə telefon kimi danışmaq mümkündür.

Apple 12 sentyabr tarixində təqdimatını ilkin olaraq Watch Series 3 ilə başladı. Onlar dünyada ən məşhur saatlardır. Son zamanlar Apple Watch Rolexlədən daha da məşhur olmağa başlayıb.

3-cü nəsil saatların ən əsas özəlliyi onun tərkibində mobil şəbəkənin və mikrofonun olmasıdır. iPhone telefonunuzu evdə unutsanız, telefonunuza gələn bütün zəngləri saatınıza yönləndirə bilərsiniz. Eyni zamanda Apple şirkəti 18 saat onun şarj edilmədən istifadəsinə söz verir. Ölçüləri isə 2-ci nəsil saatlarla eynidir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.