iPhone 8 və 8 Plus təqdim olundu

ABŞ-ın Apple korporasiyası "Apple Park" mənzil-qərargahındakı "Steve Jobs Theater"da yeni məhsullarının təqdimat mərasimini keçirib.

Apple-in baş direktoru Tim Kuk iPhone 8 və 8 Plus telefonlarını təqdim edib.

Bu modellər ötənilki iPhone 7-dən zahirən o qədər də fərqlənmirlər. Sadəcə, yeni modellərin arxa qapağı şüşədəndir.

Qacetlər qara, gümüşü və çəhrayı rəngdə satışa çıxarılacaqlar.

Yeni iPhone modelləri 6 nüvəli A11Bionic prosessoru ilə təchiz olunub və bu səbəbdən əvvəlki modeldən 70 faiz daha sürətlidir.

Smartfonların kameraları 12 meqapiksellikdir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.