Dostunuz sevgilisini aldadırsa, bunu ona söyləyərdinizmi?

Söyləyəcəyinizi iddia edirsiniz. Amma araşdırmalar bunun tam əksini söyləyir.

Dostunuz sevgilisi tərəfindən xəyanətlə qarşılaşarsa, yəqin ki, bildiyiniz hər şeyi izah edərdiniz. Lakin aldadan tərəf dostunuz olarsa, nə edərsiniz? İşin bu tərəfi bir az qarışıqdır. Archives of Sexual Behavior tərəfindən edilən bir araşdırmada bu qarışıq vəziyyətə aydınlıq gətirilmişdir. Araşdırmanın nəticəsinə görə isə bu cür aldatma hadisələrinin sizin tərəfinizdən bildirilməsi bir neçə faktora bağlıdır.

Araşdırmaçılar, 487 universitet tələbəsindən aşağıdakı suala cavab vermələrini istədilər:

"Çox xahiş edirik əlaqə içərisində olduğunu bildiyiniz bir A insanın olduğunu düşünün. A insanın partnyoru olan B insanın, A insanını bir digər şəxs (C insanı) ilə aldatdığını öyrənirsiniz. A insanını bu həqiqətə xəbərdar etmə mövzusuna nə qədər meylli olduğunuzu göstərin. Başqa hər hansı bir şeyin təsiri altında olmadan, hər bir hadisəni öz bucağınızdan izah edin. "

Ayrıca, iştirakçılara aldadan, aldadılan, üçüncü adam və aldatmağa gətirib çıxaran şərtlər haqqında ətraflı məlumatlar təqdim edildi.

Araşdırmaçıların tapıntıları belə oldu: İlk olaraq, əgər insanların yaxın olduqları adam aldadılırsa, bu vəziyyəti açıq etmə ehtimalları, yaxın adamın aldatması vəziyyətinin açıqlanmasından daha çoxdur. Əgər aldadılan adamla səmimiyyət dərəcəsi yüksəkdirsə, aldatma hadisəsi haqqında danışma miqdarı da artır. Ancaq aldadan adam "dost" olduğunda, insanlar daha çox susmağı seçir.

Əgər aldadan adam partnyoru tərəfindən maliyyə bucağından dəstəklənirsə, vəziyyətin açıqlanması ehtimalı yüksək olur. Aldadan kişi partnyoruna maddi mənada dəstək olursa, insanlar susmağa meyillilik göstərir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.