iPhone X barəsində 10 fakt

iPhone-un ən əsas yeniliyi haqqında internetdə çox axtarış verməməyiniz üçün, ən əsas məsələləri bir xəbərdə topladıq.

  1. Həqiqətən də bu 10-cu iPhone-dur?

Dəqiq baxsaq bu iPhone-un 11-ci ya da 12-ci modelidir. iPhone SE və iPhone 5C-ləri də saymasaq. Amma bu il Stiv Jobsun təqdim etdiyi ilk iPhone telefonlarının istehsalından düz 10 il ötür. Ona görə də bu il simvolik olaraq, təqdimat Steve Jobs Theatre-də keçirildi.

2. İlk tam ekranlı iPhone 

OLED displey ön tərəfi demək olar ki, tam formada əhatə edir. Bu telefonlarda ekrana söz ola bilməz. Amma tam da çərçivəsiz ekran deyil. Hər tərəfdən nazik çərçivələr mövcuddur.

3. Şüşə, metal və naqilsiz şarj etmə

4S-dən sonra bu ilk iPhonedur ki, hər iki tərəfi şüşədəndir. Eyni zamanda bu iPhone-un ən əsas özəlliyi odur ki, onun şarj edilməsi naqilsiz də mümkündür.

4. Yeni interfeys

Düşünürük ki, iPhonedan sonra artıq Android olan brendlər də telefonun üzərində yerləşdirilən əsas düyməni yox etmək barəsində düşünəcəklər.

5. İlk iPhone smartfonu hansı ki, Face İD ilə çalışacaq

Daha dəqiq desək yeni texnologiya insanın üzü ilə istifadəçisini tanıyacaq. Bu smartfonlar 3D ilə üz cizgilərini scan edəcək. Bu yalnız telefon kiliddən açmaq üçün fəaliyyət göstərməyəcək. Eyni zamanda yeni Animoji-də də fəaliyyət göstərəcək. Siz təbii emojilərlə insanlara gülməli smayllar göndərə biləcəksiniz.

6. Barmaq izi olmadan ödənişin mümkünlüyü

Artıq online ödənişləri iPhone X-un ön kamerasına baxaraq həyata keçirə bilərsiniz.

7. Ən təhlükəsiz iPhone

Barmaq izi tanıtmaqla fayl yükləmək, telefonun kilidini açmaq və s. bir az təhlükəsiz idisə, artıq yeni face İD ilə bu qəti mümkünsüz olacaq.

8. Şarj olunmanın rahatlığı

AirPower cihazı sayəsində eyni zamanda bir neçə Apple məhsulunu şarj etmək mümkün olacaq. Onlar siyahısına yeni iPhone X-da əlavə etmək olacaq.

9. Sudan və tozdan qoruma

iPhone X suya və toza davamlılığına görə IEC 60529 standartları ilə təmin edilib. Toz smartfonun daxilinə heç cür keçə bilməz. Su keçirməməzlik isə 1 metr dərinliyə qədər qorunur.

10. İlk super retina displayli iPhone

Daha dəqiq və daha təmiz rənglərlə təmin olunan ilk iPhone.

Bonus : Telefonun ilkin qiymətləri haqqında məlumat

iPhone X 64 GB - 2377 AZN (təqribi)

iPhone X 256 GB - 2734 AZN (təqribi)

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.