Sükansız avtomobil təqdim olundu

Frankfurtda keçirilən Beynəlxalq avtomobil şousunda Audi şirkəti özünün yeni "Audi Aicon" modelini təqdim edib.

"Audi Aicon" modelini şirkətin istehsal etdiyi digər avtomobillərdən fərqləndirən əsas cəhəti avtomobildə sükan və pedalın olmamasıdır.

"Audi Aicon" tamamilə sərbəst idarə olunan avtomobil olaraq təqdim edilib. 4 qapılı nəqliyyat vasitəsi elektrik enerjisi ilə işləyəcək və tam dolmuş enerji ilə 700-800 kilometrə qədər məsafəni qət edə biləcək.

Avtomobilin zahiri görünüşünə və salonuna xüsusi diqqət yetirilib. Ön şüşənin diametri artırılıb. Yan pəncərələr isə aşağı-yuxarı deyil, sol və sağ istiqamətə hərəkət etdirilə bilir.
Güman edilir ki, batareyaların hesabına maşınların gediş ehtiyatını artırmaq olar.

Sözügedən modelin ilk prototipinin 2017-ci ilin sonuna kimi hazırlanacağı qeyd olunub.

Şərhini yaz