Silvester Staloni "Rocky" pəhrizi üçün 25 fincan qəhvə içib

Bədənində yağ miqdarı hardasa sıfıra bərabərdir.

Silvester Staloninin "Rocky" 3 filmindəki bədəni ən ideal yağsız bədən formalarından biridir. Filmin çəkilişindən 35 il keçməsinə baxmayaraq, Rocky nin əfsanəvi bədən quruluşu hələ də ən möhkəm bədənlərdən biri hesab olunur.

Ancaq bu incə bədənin arxasında sağlam bir investisiya yox idi! Staloni, bir neçə müddət bundan əvvəl Instagramda filmi hazırlamaq üçün çox sağlam olmayan və təhlükəli bir pəhriz tətbiq etdiyini söylədi.

Film çəkilərkən, Staloninin yeməkləri, qəhvəyi düyü yulaf əzməsi çörəklərinin kiçik hissələrindən və bir neçə qaşıq ton balığından ibarət idi. Həmçinin, hər gün 25 fincan balla qarışdırılmış qəhvə içirdi.

Həqiqətən, biz çox sağlam olmayan bir pəhriz planından bəhs edirik! Ümumiyyətlə, bu pəhriz ciddi qida çatışmazlığına malikdir. Meyvə və tərəvəz qəbulu olmadığı üçün qəhvə istehlakı çoxdur. Staloni, boks səhnələri çəkildiyi zaman çox halsız və tükənmiş formada olduğunu söyləyir.

Onun pəhrizləri o qədər qatı idi ki, Staloninin bədən yağı 2,9% -ə qədər azalmışdır. Bu azalma da bədəndə problem yaradır. Tədqiqatçılar bədənin yağ sürətinin bu cür azalmasının bir çox sağlamlıq problemlərinə, həmçinin ürək döyüntülərinin yavaşlamasına və testosteron səviyyəsinin azalmasına səbəb ola biləcəyini söyləyirlər.

Necə deyərlər incəsənət qurban tələb edir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.