Kişilərin işlətməli olmadığı sözlər

Bəzi sözlər var ki, o sözləri kişilər işlətdiyi zamanlarda qadınlarla eyni statusda olurlar. Adi həyatda bu sözlərə önəm vermirik. Lakin bu sözlər öz aktuallığını qazandığı zaman, o zamdır ki,  qadınlarla ünsiyyətdə olanda bu sözlər işlənir. Belə olduğu halda qadınlar həmin kişiləri ciddiyə almırlar.

Özünə hörmət edən hər bir kişi bu sözləri istifadə etməkdən qaçmalıdır. Bu sözləri işlətdiyi zaman həmin kişilər etibarsız sayılır. Qadınlar isə kişilərdə ilk olaraq etibarlılıq özünə çəkir.

Həmin qorxulu sözləri nəzərinizə çatdırırıq :

Bilmirəm.

Ola bilər.

Əgər.

Yəqin ki.

Əgər qadınlar qarşısında özünüzə hörmət qazanmaq istəyirsinizsə, o zaman onlarla ünsiyyətdə heç bir zaman bu sözləri istifadə etməyin.

Bu sözləri əvəz edəcək, minlərlə sözlər var. hansılarla ki, siz fikrinizi daha dəqiq çatdıra bilərsiniz.

Gəlin həmin sözlərə baxaq :

Düzgün olmayan : Mən bilmirəm, mənim işim nə zaman bitəcək.

Düzgün olan : Mən işimi bitirməmişdən yarımsaat əvvəl sənə zəng edəcəm.

Düzgün olmayan : Ola bilər ki, bu gün sən istədiyin filmin diskini alıb gətirəm.

Düzgün olan : Axşam sən sen istədiyin filmin diskini alıb gətirəcəm.

Düzgün olmayan : Bu gün biz filmə gedəcəyik, əgər işdən maaşımı versələr.

Düzgün olan : Axşama yaxın biləcəm ki, bizim film izləməyə getməyimiz alınır, ya yox.

Düzgün olmayan : Yəqin ki, bu şənbə bizim görüşümüz alınacaq.

Düzgün olan : Mən səni şənbə günü görmək istərdim.

Bu cümlələrdən öz planını düzgün qura bilən kişilər istifadə etsə daha yaxşı olar. Əgər öz palnlarınızı düzgün qura bilsəniz, həyatınız çox fərqli və maraqlı ola bilər.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.