7-7-7 qantel məşqi

Hər biri 7  təkrardan ibarət, bu 7 hərəkəti 7 tur halında edin. Məşq sonrasında özünüzü tam fərqli biri kimi hiss edeceksiniz.

Hərəkətlərin aralarında çox az istirahət edəcəksiniz, ya da heç istirahət etməyəcəksiniz və verilən təkrarlar tamamlandıqdan sonra istirahət fürsəti qazanacaqsınız. KFasiləsiz hərəkət etməniz sayəsində ürək sürətiniz artacaq və ciddi mənada kalori yandıracaqsınız. Bu məşqin digər üstünlüyü isə 10 kq ətrafı qantellərlə edilə bilməsidir. Yəni, çox ağırlıqlarla da işləmək məcburiyyətində deyilsiniz.

Necə edəcəksiniz? Bütün məşq boyunca eyni ağırlığı istifadə edəcəksiniz. Əlbəttə fitness səviyyənizə və bədən ölçülərinizə görə də dəyişə bilər. Lakin bir turu 2-3 dəqiqədə bitirmək lazımdır. Əgər bir dövrü 2 dəqiqədən qısa müddətdə tamamlaya bilirsinizsə, ağırlığı artırın. Əgər 3 dəqiqədən uzun davam edirsə, ağırlığı azaldın. Aşağıdakı hərəkətləri verilən sırasıyla, hərəkətlər arasında istirahət etmədən ya da çox az istirahət edərək 7 təkrarla edin. 1-2 dəqiqə dincəlin. Bu, 1 turdur. Ümumilikdə 7 tur edin.

1. Overhead triceps extension

2. Hammer curl

3. Overhead press

4. Bent-over row

5. Drop and stick split squat, sol bacak

6. Drop and stick split squat, sağ bacak

7. Sumo burpee

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.