“Ağıllı” avtomobil şini yaradıldı

Almaniyanın avtomobil şinləri istehsalçısı brendi Frankfurtda keçirilən sərgidə "ağıllı" təkəri təqdim edib.

Bu təkər öz vəziyyətinə özü nəzarət edir və hətta müxtəlif yol şəraitinə uyğun adaptasiya olunur.

Bildirilir ki, yenilik iki sistemdən istifadə edir. Bunlar "ContiSense" və "ContiAdapt" sistemləridir. Onlar REDİ şinlərindəki xüsusi təzyiq ötürücü ilə çalışırlar.

Şinlər təzyiqlə idarəetmədən istifadə edir. Təkərin üst hissəsində dəyişən eni təkərin yol ilə təmas yerindəki sahəni optimallaşdırmağa və tənzimləməyə kömək edəcək. Bu isə bütün yol şəraitinə uyğunlaşmağa imkan verəcək.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.