İlk pilotsuz yük maşını təqdim olunacaq

"Tesla" şirkətinin ilk pilotsuz idarə olunan yük maşınının təqdimatı oktyabrın 26-na nəzərdə tutulub.

Bu barədə "Tesla" korporasiyasının rəhbəri İlan Mask özünün "Twitter" səhifəsində bildirib.

"Tesla" yük maşınının təqdimatı və test sürüşü ilkin olaraq Kaliforniya ştatının Hotorn şəhərində oktyabrın 26-na planlaşdırılıb. Bu vəhşini şəxsən görməyə dəyər. Bu, reallıqdan kənardır", - deyə Maks yazıb.

KİV-ə artıq yeni yük maşınının bəzi xüsusiyyətləri sızdırılıb. Maskın şirkəti tərəfindən tərtib edilən yük maşını əlavə enerji doldurulması ehtiyac olmadan 480 kilometr məsafəni gedə biləcək.

Xatırladaq ki, 400 metr məsafədə "Tesla Model X" elektrokarı "Lamborghini Aventador SV" yarış maşınını geridə qoya bilib. O, bu seriyadan olan krossoverlər arasında dünya rekorduna imza atıb.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.