30 yaşında nə ilə məşğul olaq ki, 50 yaşında özümüzü yaxşı hiss edək?

30 yaşında nə ilə məşğul olaq ki, 50 yaşında özümüzü yaxşı hiss edək?

  1. Siqaret çəkməyi atın.

Siqaret çəkmək 100 %-lıqla ziyanlıdır. Pis qoxu və sağlamlığa tam ziyan. Bəlkə onu atmaq barəsində artıq düşünəsiniz?

2. Valideynlər, qardaş və bacılarınızla münasibətlərinizi yaxşılaşdırın. 

Münasibətlərinizdə bir az da olsa soyuqluq varsa, həmin münasibətləri mütləq şəkildə düzəltmək lazımdır. Ailə dəyərləri çox vacibdir. Zaman keçdikcə siz anlayacaqsınız ki, ailə ən böyük dəyərlərdir.

3. Günəşə qarşı olan kremlərdən istifadə edin. 

Əgər quru dəri, çivzələr və üzdə çat istəyirsinizsə, o zaman günəşə qarşı olan kremlərdən istifadə etməyin. Düşünürük ki, bunu heç birimiz istəmərik. Ona görə də günəşə qarşı kremdən mütləq istifadə edin.

4. İdmanla məşğul olun. 

İndi aktiv həyat keçirsəniz, 50 yaşında da siz həmin aktivliyi özünüzdə hiss edəcəksiniz.

5. Pulunuza qənaət etməyi öyrənin. 

Əgər maaşınız sizə bəs etmirsə, gəliriniz azdırsa, yenə də az miqdarda olsa da kənara pul qoyun.

6. Sahib olduqlarınızdan məmnun olmağı öyrənin.

Xoşbəxtlik uğur və irəliləyişlərdən daha önəmlidir. Şikayətlənməkdənsə, sahib olduqlarınızdan zövq almağı öyrənin.

7. Tam yuxunuzu alın.

Yuxunuzu tam alın. Axşam yatanda və səhər yuxudan duranda çalışın bunları eyni vaxtda edəsiniz. Yuxusuzluqdan uzaq olmağa çalışın.

8. Dişlərinizdən muğayət olun. 

Yaş keçdikcə, dişlərlə bağlı problemlər artır. Müalicə isə daha çox pulunuzu və vaxtınızı aparır. Ona görə də dişlərinizin qayğısına vaxtında qalın.

9. Xatirələri toplayın, əşyaları yox.

50 yaşında yuxudan oyanmaq və xatırələrinizdə heç nəyin olmaması çox faciəli ola bilər. Ona görə də xoş günlərinizin xatirəsini yaddaşlarınıza həmişəlik yazın.

10. Sahib olduqlarınızı bölüşməyi öyrənin.

Başqalarına xoşbəxtlik bəhş edən şeyləri onlarla paylaşın. Amma bunu ürəkdən edin və sevgiylə edin. Belə olduğu halda sizin daxiliniz sevgi ilə dolacaq.

11. Hər əlinizə düşəni yeməkdən uzaq durun.

Yaşadığınız bütün ömür boyu, siz çoxlu pul qazana bilərsiniz və istədiyiniz hər şeyi o pulla əldə edə bilərsiniz. Lakin sağlamlığı pulla almaq mümkün deyil. Ona görə də, fastfood yeməklərindən imtina edin. Spirtli içkini tam formada azladın və ya həmişəlik onun üzünə baxmayın.

12. İl ərzində ən azı 10 kitab oxuyun.

Sizin beyniniz hər zaman inkişaf etməlidir. Ona görə də boş vaxtınızı telefon oyunlarına və televizor izləməyə həsr etməyin. Onun yerinə kitab oxuyun.

13. Bacardığınız qədər daha çox səyahət edin. 

Səyahətlər bizi dəyişir. Onlar bizim çox suallarımızı cavablandırır. Onlar bizi qorxularımızdan uzaq tutur. Səyahət sizin yaşama həvəsiniz olacaq.

14. Özünüz olun.

Özünüzü digərləri ilə müqayisə etməyin. İnan ki, sizin 50 yaşınız olanda bu sizə qəti maraqlı olmayacaq. Güclü olun və öz yolunuzu tutun.

15. Sahib olduğunuz dostluqları qoruyun.

Sizin özünüzü yaxşı hiss etməyinizdə köməkçi olan dostlarınızı qoruyun. Onlarla daha çox vaxt keçirməyə çalışın.

Şərhini yaz