15 gizli arıqlama formulu

Aşağıdakı ləzzətli yağ yandıran rasionları, ən sevdiyiniz yeməklərə əlavə edin və arıqlaya biləcəyiniz ən gizli sirləri ortaya çıxarın. Acı sevirsinizsə bəxtəvərsiniz. Qırmızı və qara bibər maddələr mübadiləsini alovlandıraraq, yağları sürətlə yandırır.

Qreyfrut - Gizli Gücü: 12 həftəlik arıqlama planının parçası olaraq hər gün qreypfrut yeyin. Bunun sayəsində təxminən 15 kiloqram çəki ata bilərsiniz. C vitamini anbarı olan bu meyvədəki kimyəvi maddələr, insulin səviyyəsini salaraq arıqlamağı təmin edir.

Lobya - Gizli Gücü: Lifli dolu paxla, özünüzü tox hiss etmənizi təmin edəcək.

Darçın - Gizli Gücü: Bu ədviyyat ümumiyyətlə yalnız dadlandırıcı olaraq xidmət göstərsə də, əslində istifadə sahəsini genişləndirməyinizdə fayda var. 6 həftə ərzində bir çay qaşığının dörddə biri qədər darçın istehlak etmənin, qandakı qlükoza miqdarını və pis xolesterolu azaltdığı məlumdur. Tam yağlı cappuccinonuz üçün şəkər yerinə darçın istifadə edə bilərsiniz.

İspanaq -  Gizli Gücü: Bu yaşıl yarpaqların sirri, iştahı basdıran zülalları bədəninizə gizlicə soxacaq kaloridən vida etmənizi təmin etməkdir. Ət ya da yumurtanın yanında bir neçə yarpaq yeyə bilərsiniz.

Zəncəfil -  Gizli Gücü: Bu Hind baharatındakı maddə yağları yandırır. Ayrıca yüksək zülallı qidaların həll edilməsini təmin edərək həzminə kömək olur. Eyni zamanda yağ toxumasının böyüməsinin də qarşısını alır. Ətli yeməklərinizin içinə qata bilərsiniz. Ya da sarımsaqla qarışdıraraq az yağlı qatıqla içə bilərsiniz.

Hind qozu südü - Gizli Gücü: "Hindistan qozu südü yağlı olsa da, onun tərkibindəki yağlar maddələr mübadiləsi üçün faydalıdır. Bu maddələr mübadiləsinin sürətini 5 %-ə qədər sürətləndirir.

Turp -  Gizli Gücü: Turp yeməyi hər kəs sevməsə də, hüceyrələrinizdəki yağları həll edə bilir. Gün ərzində aclıq böhranlarına qarşı sizi qoruyacaq. Sendviçlərinizdə istifadə edə bilərsiniz.

Xardal -  Gizli Gücü: Yalnız bir neçə saat içində yandırmanı 20 % artırmaq üçün hər hansı bir yeməyin içinə əlavə etmək kifayətdir. Çünki onun tərkibindəki kimyəvi maddələr qan damarlarını genişləndirir və yağ yandırma hormonunun səviyyələrini artırır.

Sirkə - Gizli Gücü: "Sirkə, mədənizin boşalma sürətini yavaşladaraq qandakı qlükoza və insulin səviyyələrindəki artıma nəzarət etməyə köməkçi olur. Steyk bişirərkən əti yumşaltmaq üçün qırmızı şərab sirkəsi istifadə edin. Ya da plovunuzu suyuna bir miqdar sirkə əlavə edərək bişdiyində  dən- dən olmasını təmin edin.

Ananas - Gizli Gücü: Bu yağ yandırıcı sulu meyvə, protein parçalayan və bədənin maddələr mübadiləsi sürətini artıran qaynağdır. Toyuqlu sendviçinizin, içinə ananas dilimləri əlavə edə bilərsiniz.

Qara bibər - Gizli Gücü: İstiot, həzm problemlərinə çarə olmaqla birgə, bədəndəki yağları da yandırır. Qara bibərdə olan Piper maddəsi, sinir sisteminizi həyəcana keçirir və maddələr mübadiləsi prosesini alovlandırır. Beləcə daha çox kalori yandırılmış olur.

Pomidor - Gizli Gücü: Pomidor, C vitamini sayəsində maddələr mübadiləsini sürətləndirir.  Bir neçə ədəd pomidor doğrayarak quzu ətiylə edilən yeməklərin yağını azalda bilərsiniz.

Qırmızı bibər - Gizli Gücü: Bu ədviyyat  iştahınızı bağlayarkən, eyni zamanda maddələr mübadiləsi sürətini 20 % artırır. Pendirli makaron, toyuq qanadı ya da kartof kimi yağlı yemək variantlarına qarşı qırmızı bibər istifadə edə bilərsiniz.
Kərəviz sapı - Gizli Gücü: Aşağı kalorili bu çubuqlar yüksək miqdarda lif ehtiva edir və paylar arasında qəlyanaltı istehlakı üçün möcüzəvi bir variantdır. Eyni zamanda artıq yağları bədəninizdən uzaqlaşdırmağa da köməkçi olur. Toyuq bişirərkən alma suyu və kərəviz ilə sous edə bilərsiniz.
Limon qabığı -  Limon qabığı dörd saata qədər aclıq böhranlarının qarşısına keçə bilir. Limon qabığını rəndələyin və bişirəcəyiniz kekslərin içinə əlavə edə bilərsiniz.

Şərhini yaz