Kişi qadından özünə hörməti necə qazana bilər?

Dünyanın ən gözəl qadınını sevsən belə, gec-tez həmin sevgi səni yoracaq. Daha çoxunu yəni hörmət istəyirsən? Qadının sənə dəyər verməsi elə də asan iş deyil. Bunu əldə etmək üçün isə qızıl məsləhətləri biz sizə təqdim edəcəyik.

  1. Qışqırma

Qarşında duranın üstünə qışqırmaq, sənə əlavə hörmət qazandırmayacaq. Qışqırmağı hamı bacarır. Qışqırmaq zəiflik əlamətidir.

2. Xırdaçı olma

Danışıqlarınız zamanı çox xırda məsələlərin dərininə getmə. Bu sənə xeyir gətirməz və səni daha da hörmətsiz edər. Əsasən də pul mövzusunda.

3. Digərlərinə düzgün həsəd apar

Həsəd aparmaq - bizi qabağa aparan amillərdən biridir. Bizdə isə bu sözün mənasını səhv anlayırlar. Düşünürlər ki, həsəd aparırsansa, onun ayağını çəkmək istəyirsən və onun qabağa getməsinin qarşısını alırsan. Kimlərəsə həsəd aparırsansa, bunu ancaq özün bil. Bu fikrini qadınlarla heç bir zaman paylaşma. Bu səni hörmətsiz edəcək.

4. Kimlərisə müzakirə etməyə tələsmə

Kimlərisə gördüyün andan müzakirə edib, bütün aqresiyavı o insandan çıxarma. Belə olduğu halda həmin qadın səndən qaçacaq.

5. Qarşındakının düzgün olduğunu qəbul etməyi bacar

Öz səhvinin qəbul edilməsi çox çətin bir məsələdir. Müdrik insanlar öz səhvlərini qəbul etməyi bacarırlar.

6. Özünə yazığın gəlirsə bunu susaraq et

Hər xırda məsələyə görə qadının üzərinə qaçıb, alınmayan məsələləri bildirmə. Onun sənə yazığı gəlməsi səni hörmətsiz edəcək.

7. Nələrisə 100 %-lik əla formada etməyi bacar

Bir işi etməyi boynuna götürmüsənsə onu əla formada təqdim etməyi bacar. Belə olduğu halda qadının sənə dəyəri və hörməti artacaq.

8. Qadın nəyisə düz etməyəndə susma

Qadın nəyisə düz etmədiyi halda, bunu ona mütləq bildir və onun təkrar etməməsi üçün əlindən gələni et. Bu mövzuda öz xarakterini göstərə bilərsən.

9. Çox nazı ilə oynama

Qadınlar naz etməyi sevir. Kişilərin borcu isə həmin naz edən qadınların, nazı ilə oynamasıdır. Amma bu mövzuda müəyyən sərhəd var. Bu sərhədi keçməməyə çalış. Hər saniyə naz edib, ona verdiyin dəyərdən istifadə etmək istəyirsə, buna şərait yaratma.

10. Onu alçatma

Onu heç bir zaman, heç kimin yanında alçatma. Ona sözlərin və iradın varsa, bunu təklikdə olanda bildir.

11. Öz seksual həyatın barəsində ona danışma

Bu günə qədər olan münasibətlərin barəsində heç bir zaman qadına danışma. Bu səni hörmətsiz edə bilər.

12. Onun istəyi olmadan ona kömək etməyə çalışma

Qadın səndən kömək istəməyənə qədər bunu etmə. Belə olduğu halda o hər zaman ilk sənin ona yaxınlaşmağını gözləyəcək.

13. Özünə hörmət et

Özünə hörmət etməyən insana, qarşısındakı hörmət etməz. Ona görə ilk olaraq özünüzü sevin və özünüzə dəyər verin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.