Aston Martin krossover istehsal edəcək

Aston Martin şirkətinin rəhbərliyi markanın ilk seriyalı krossoverinin dizaynını təsdiq edib. O, 2019-cu ildə işıq üzü görəcək. Bu barədə Autocar nəşriyyatı öz şəxsi mənbəyinə istinadla xəbər verib.

Aston Martin-in DBX adlı yeni krossoverinin sələfi 2015-ci ilin yazında Cenevrə avtosalonunda təqdim edilib. Hələlik yalnız o məlumdur ki, satışa çıxarılan model ikiqapılı prototipdən fərqli olaraq dördqapılı ban alacaq. Yenilik Bentley Bentayga, Lamborghini Urus, Porsche Cayenne və Maserati Levante ilə rəqabət aparacaq.

Əvvəllər güman edilirdi ki, Aston Martin şirkəti ilə Daimler konserni arasındakı razılaşmaya əsasən, seriyalı DBX Mercedes-Benz-in bazasında yığılacaq. Lakin sonda britaniyalılar bu məlumatı təkzib etdilər.

İlkin məlumata əsasən, yolsuzluq avtomobilinin baza variantını Mercedes-AMG-nin istehsalı olan 500 a.g.-lü 4-litrlik V8 tvin-turbo ilə təchiz edəcəklər. Ən yüksək versiya isə 600 a.g. verən 5,2-litrlik, iki turbinli V12 alacaq.

Şərhini yaz