Pul qazanmağın 3 yolu

Pul qazanmağın 3 yolu mövcuddur. Gəlin həmin yollarla yaxından tanış olaq.

  1. Vaxtınızı pula çevirin.

Bu üsul planetin çox insanları tərəfindən istifadə olunur. Hüquqşunaslar, bank işçiləri, mağazada satıcılar və s. insanlar bu üsuldan istifadə edirlər. Yəni öz zamanlarını pula çevirirlər.

Öz vaxtlarını pula çevirən insanların bir mənfi tərəfləri var. Onlar vaxtlarını pula çevirdikləri zaman, digər işlərə vaxtları qalmır. Onlar hər zaman gah pul çatışmamazlığından gileylənirlər. gah da vaxt çatışmamazlığından. Bu tip insanların 2 seçimi var. Ya pulu seçməlidirlər, ya da zamanı.

Ona görə də vaxtı pula çevirmək, ən pis seçilmiş yollardandır.

2. Pulları yatırım edib, daha çox pul qazanmaq.

Bu üsul yaxşı üsullardandır. Çünki burada sən pulu yatırım edirsən və sən ona müdaxilə etmədən orada artım qeydə alınır. Bunun üçün yaxşı ekspertlərdən məsləhət almaq kifayətdir. Onlar sizə pulu hara yatırmalı olduğunuzu bildirəcəklər.

Bu üsulun mənfi tərəfi odur ki, hər bir insanın maliyyə bazası elə də yüksək deyil ki, sahib olduğu pulları yatırım etsin. Sizin ailədən aldığınız pul varsa bu sizin üçün uyğun seçimdir. Yox siz sıfırdan başlayırsınızsa. bu seçim sizlik deyil.

3. Başqalarının zəhməti sayəsində pul qazanmaq.

Bu üsul ona xidmət göstərir ki, siz başqalarının işi gücunə öz qazancınızı qazanırsınız. Bu işin bir üstünlüyü var ki, siz bu işə zaman sərf etmirsiniz. başqalarının sərf etdiyi zamandan siz qazanırsınız. Bu işin mənfi tərəflərindən biri odur ki, siz təşkilatı tərəfləri yüksək şəkildə bilməlisiniz. Yəni bütün təşkilatı məsuliyyəti öz üzərinizə götürməlisiniz.

Bu üsul ən uğurlu seçim ola bilər.

Daha sonra necə edk?

İlk olaraq siz seçim etməlisiniz. Bu üsullardan hansı sizin bu gününüzə uyğundur. Daha sonra isə büdcənizi uyğunlaşdırıb bu işə başlamalısınız. İşə başlamışdan öncə. mütləq şəkildə bir ağ vərəq götürün və ilk 6 ay ərzində aylıq gəlirinizin nə qədər olacağını təxmin edib yazın. Yəni siz hansı məbləği qazanaraq bu işdən həzz ala bilərsiniz?

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.