Sapsağlam spermalar üçün bu qidaları qəbul edin

Güclü spermaya sahib olmağınızın yolu boşqabınızdan keçir.

Spermalarımızın sayı təhlükədədir. Bunu bizdən əvvəl də eşitmişdiniz. Ancaq bu mövzuda əlimiz qolumuz bağlı deyil. Hətta, İspaniyalı araşdırmaçılara görə, qidalanmanızı düzgün təşkil etməklə, spermanızı qoruma altına ala bilərsiniz.
Sperma keyfiyyəti və qidalanma arasındakı əlaqəni araşdıran və 35 ayrı-ayrı işdən əldə edilən nəticələrin dəyərləndirilməsinin ardından, araşdırmaçılar, müəyyən qidaların yüksək sperma keyfiyyəti ilə əlaqəli olduğu nəticəsinə gəldilər. Kişilərdə omeqa-3 yağ turşuları, E vitamini, D vitamini, beta karoten, sink və likopen istehlakı nə qədər artarsa, spermaların keyfiyyətsiz olma ehtimalı da o qədər azalır.
Digər tərəfdən, balıq, meyvə, tərəvəz, aşağı yağlı süd məhsulları və taxıl istehlakı də yüksək keyfiyyətli sperma ilə əlaqələndirilir. Lakin soya qidaları, kartof, qəhvə, spirt, işlənmiş ət və şəkərli içkilər ilə sperma keyfiyyətindəki eniş arasında da bir əlaqə var. Kofein, spirtli içki və işlənmiş ət istehlakını çoxaldan kişilərin ata olma şansları daha aşağı olur.
Sağlam qidalanma vərdişlərinin sperma üçün də faydalı olduğunu bilin. Siz də spermanızın daha sağlam olmasını istəyirsinizsə, yuxarıda qeyd etdiyimiz sağlam qidalardan daha çox istehlak etməyə cəhd edə bilərsiniz. Spermanıza zərər verən qidalardan də mümkün qədər uzaq dayanmağı da unutmayın.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.