60 saniyədə dayanıqlılığını alovlandır

Qüvvət məşqləri ilə isindiyinizdə, hətta polad ağır daşları da qaldırmaq sizə çətin olmayacaq.

Son illərdə İngilis velosipedçilərinin müvəffəqiyyəti həqiqətən də sizi çaşdıracaq. Bu idmançılar iki təkər üzərində Şanzelize Prospektindən Rio Olimpiya Velodromuna uzanan yolda olduqca böyük uğur qazandılar. Sizin Olimpiya yarışlarında gözünüz olmasa belə, həftə sonunda performansınızı artıra bilərsiniz.

Braziliya Universiteti tərəfindən aparılan araşdırmaya əsasən, yarışlardan əvvəl edilən ağır ayaq məşqləri sayəsində, velosipetçilərin sürətlərini və dayanıqlılıqlarının artdığı kəşf edilmişdir. Edəcəyiniz idmanla əlaqəli, hədəf əzələləri sıx bir formada çalışdıqda, dərhal sonra bu əzələlər daha yaxşı performans göstərəcəkdir.

Bu fenomen hal "post-aktivləşdirmə potensializasiyası" adlanır. Bu vəziyyətin eynisi, bədən məşqləri zamanı da qısa davamlı isinmələrdən sonra  daha yüksək ağırlıqla daha çox təkrar edə biləcəyinizə gətirib çıxarır.

Hədəf əzələlərinizi məşq anından əvvəl çalışdırdığınızda, maksimum oksigen qəbulunuz artır və bununla birlikdə laktik turşu səviyyəniz azalır. 20 kilometr məsafədə 6 faiz daha yaxşı bir zaman alırsınız. İstər bir dırmaşma yarışı əvvəli, istər velosipedinizlə ofisə gedərkən, yola çıxmadan əvvəl bədən ağırlığınızla 10-15 təkrardan 2 set çömbəlmə hərəkətləri edin və set aralarında 20 saniyə dincəlin. Faydasını mütləq görəcəksiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.