5 saniyə qanunu unudun

Yerə düşən qida, bakteriyalardan neçə saniyə qorunur?

5 saniyə qaydasını bilirsiniz. Bilməyənlər üçün söyləyək: yeməyiniz yerə düşdükdən sonra 5 saniyə içərisində götürüb yesəniz, yeməyiniz təmiz qalar və sizə heç bir şey olmaz. Rutgers Universiteti tərəfindən aparılan araşdırmaya görə, daha əvvəl etdikləri bir araşdırmada isə bu fikrə qarşı çıxılmış və bakteriyaların yerdən yeməyinizə keçməsi az qala eyni vaxtda olaraq reallaşdığını söyləyirlər.

Aston Universitetinin mütəxəssisləri isə bakteriyaların meydana gəlməsi üçün yarım saata ehtiyac duyulduğunu iddia edir. Bu sizə bir az iddialı gələ bilər. Hətta yazılanları oxuyub, "Nə yəni : yeməyimizi yerə töküb oradan yeyək o zaman! "belə deyə bilərsiniz. Ancaq, əgər yerə saldığınız yemək quru və qatıdırsa (kraker, tost, biskvit ya da buterbrod kimi) yerə saldığınızdan sonrakı 30 dəqiqə ərzində yeməyinizin etibarda olduğunu bilməlisiniz.

Layihədə iştirak edən araşdırmaçılardan Anthony Hilton, yerə düşən bir yeməyi yedikdən sonra xəstə olma ehtimalının zəif olduğunu, yerin laminat ya da keramika olması vəziyyətində yeməyə bakteriya yoluxma ehtimalının isə nisbətən daha yüksək olacağını söyləyir.

Bu 30 dəqiqə qaydası sulu ya da yapışqan yeməklər üçün etibarlı deyil. Bu qidalar, həqiqətən də 5 saniyə içərisində bakteriya toplamağa başlayırlar.

Hər şeyi bir kənara qoyaraq deyə bilərik ki, yerə düşən yeməyin yeyilib, yeyilməməsi, tamamilə fərdi seçimlərə bağlı bir şeydir. Amma biz yenə də işin elmi ölçülərindən bəhs etmək istədik.

Şərhini yaz