6 addıma daha çox seks

Bu gün, bu havada daha çox sekslə məşğul olmaq üçün əlavə səbəbiniz var.

Hər gün "ediləcəklər" siyahınızda işinizlə, qidalanmanızla, məşq proqramınızla əlaqədar qeydlər yer alır. Hamısı həyatınızı daha yaxşı, sizi də daha müvəffəqiyyətli etmək üçündür. Yaxşı bəs seks həyatınız necə? Onu da yaxşılaşdırmaq üçün almanız lazım olan qərarlar və özünüzə verməniz lazım olan sözlər yoxdurmu? Dəyişməyə hazırsınızsa, başlayaq.

  1. Necə "hiss etmək" istədiyinizi söyləyin.

Ən gizli fantaziyaların hər bir detalını partnyorunuza izah edərək, yataqda yaşamaq istədiyiniz şeyiona bildirin. Məsələn ona seks əsnasında necə hiss etmək istədiyinizi söyləyir bilirsinizmi? Etməsini istədiyiniz şeyləri niyə etdiyini anlasa, tətbiqi də asanlaşar. Ən əsası isə sizə istədiyiniz kimi hiss etdirmək üçün, sizin belə ağlınıza gəlməyəcək başqa yollar da axtaracaq.

  1. Özünüzü də önə çıxarın.

Hisslərinizin tam təmin olunmasını istəyirsinizsə, bir az özünüzü onun yerinə qoyun. Siz də bu münasibətdə onun istədiklərini verməlisiniz. Belə olduğu halda hər iki tərəf də qazanacaq.

  1.  15 dəqiqəlik ehtiras olma seansları edin.

Həftədə bir dəfə, 15 dəqiqənizi ehtirasyaratmaq sənətinə ayırın. Tək işiniz, bir-birinizin bağlılıq tellərini araşdırmaq olacaq. Amma bu məşqin sekslə nəticələnməsi şərt deyil. Hədəf yalnız ehtiras verici şeylər tapmaqdır. Bu 15 dəqiqədə istər öpüşün, istər birlikdə duşa daxil olun, istər erotik film izləyin və ya hekayə oxuyun.

  1. Yataqda edəcəyiniz və etməyəcəyiniz şeylərin siyahısını çıxarın.

Özünüzü tanıdığınızı düşünə bilərsiniz amma oturub üzərinə düşünmədiyiniz şeylər olduğunu görüncə çaşa bilərsiniz. Arzularınızı və sərhədlərinizi ortaya qoymaq üçün üç dənə siyahı hazırlayın. İlkində yataqda etməyi sevdiyiniz şeyləri sıralayın. İkincisində sınamaq və kəşf etmək istədiyiniz şeyləri yazın. Üçüncüdə isə  "Buna əsla yoxam" dediyiniz şeylər olsun.

  1.  Ən sevdiyiniz fantaziyaları gözünüzün qarşısına gətirin.

Fantazyalarınızı partnyorunuzla paylaşın. Aranızdakı romantik yaxınlığı gücləndirəcəksiniz.

  1. Seksi xatirələri xəyalınızda yenidən yaşayın.

Davamlı işi, uşaqları və həyat qayğılarını düşünsəniz, özünüzü necə seksi hiss edəcəksiniz? Gözlərinizi bağlayın və inanılmaz ehtiraslı olduğunuz anlara gedib, o dəqiqələri təkrar yaşayın. O anlarda hiss etdiyiniz duyğuları yenidən hiss etməyə çalışın.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.