Qaçışdan sonra həddindən artıq acmanızın səbəbi nədir?

Qaçmaq qarınınızın səs salmasına gətirib çıxarırsa, səbəbləri bunlardan biri olabilir.
1- Susuz qaldığınız üçün
Bədəniniz sizə aclıqdan çox başqa bir problemin siqnallarını göndərir. Üstəlik bu vəziyyətlə tez-tez qarşılaşırsınız. Qaçış sonrası özünüzü ac hiss edirsinizsə, su istehlakınızı nəzərdən keçirin. İnsanlar ümumiyyətlə susuzluq ilə aclığı qarışdırırlar və aclıq hiss etdikilərini düşünərək yeməyə yönəlirlər.
2- Məsələ fizioloji deyil, psixolojidir
Aç olmadığınız halda bir şeylər yemək üçün bəhanə çıxarır ola bilərsinizmi? İnsanlar, bol miqdarda kalori yandırdıqları məşqlərdən sonra bir şeylər yeməyə haqq qazandıqları düşüncəsinə qapıla bilirlər. Bu vəziyyətdə, psixoloji faktorlar üstünlük təşkil edir və sizin beyninizə siqnallar göndərir. Fiziki olaraq ac olmasanız belə.
3- Kifayət qədər qidalanmırsınız
Qaçış sonrası aclıq hiss edən bir çox insanın eyni zamanda pəhriz saxladığını iddia etsək, yanılmış olmarıq. Hal-hazırdakı kalori əskikliyi, qaçış sonrasında aclığın yüksəlməsinə yol aça bilir. Qaçış əvvəli uzun saatlar ac qalındığı zamanlarda, qaçış sonrası aclığının yüksəlməsi də qaçınılmaz olur.
4- Nisbi bir vəziyyət
Bütün məşqlər iştahınıza bərabər miqdarlarda təsir etmir. Digər fiziki fəaliyyətlərə nisbətən qaçış sonrasında bir az daha ac hiss etməniz heç də ehtimal xarici deyil. Araşdırmalar, yüksək sıxlıqlı interval məşqlərin həqiqətdə aclığı büstələdiyini göstərir.
5- Kalori yandırmaq məsələsi
Bir neçə səbəbə görə aclığınız yüksələ bilər. Məşq proqramınızın müddəti uzun olur və siz bu müddət içərisində tonlarla kalori yandırarkən heç bir şey yemirsiniz. Qaçış idmanına yeni başladınızsa ya da məşq ilə aranız çox da yaxşı deyilsə belə, 5-8 kilometrlik qaçışları belə ciddi miqdarda kalori yandırmanızı təmin edəcək və acıxmanızı sürətləndirəcək.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.