Baş aşpaz il ərzində ancaq pizza yeyib və nəticə gözlənilməz olub

Bir il bundan öncə həkim ona bildirmişdir ki, əgər o pəhriz saxlamasa infarkt keçirərək ölə bilər.

Paskal Pozzolino - Nyu-Yorkun ən yaxşı italiyan restoranlarından birinin baş aşpazıdır. Bir il bundan əvvəl həkim bildirmişdir ki, əgər o, pəhriz saxlamasa infarkt keçirərək ölə bilər. Paskalın 38 yaşı var idi və o 168 kq çəkiyə sahib idi. O pəhriz saxlamaq qərarına gəldi və bunu özünəməxsus şəkildə etdi. Bütün bunlara baxmayaraq o sevimli yeməyindən də imtina etməmək qərarına gəldi.

Aşpaz il ərzində hər gün naharda pizza yeyirdi və nəticədə 45 kq arıqlaya bilmişdir. Düzdü onun özünə hazırladığı pizza, müştərilərinə hazırladığı pizzadan fərqlənirdi. Özünə hazırlanan pizzanın tərkibində 1 qramda olsun donuz piyi və kərə yağı yox idi. Eyni zamanda üzərində çox nazik formada mosarella pendiri var idi. Hər "pəhriz pizzası"-nın tərkibində 470-550 kalori var idi.

Paskalın illik pəhrizində nahara ancaq özü hazırladığı pizza, meyvələr və bir qədəh şərab daxil idi. Günün digər hissəsində isə yalnız dəniz məhsulları, meyvə, balıq və zeytun yağı qəbul edirdi.

Axşam yeməyinə isə paskal əsasən dəniz məhsulları ilə hazırlanan qidalar qəbul edirdi və 2 gündən bir yanına şərab da əlavə edirdi.

Şirniyyat qəbulunu isə tamamilə dayandırıb. Özü də bildirib ki, şirniyyatı çox sevirdi və əvvələr ondan çox istifadə edirdi. Eyni zamanda onun arıqlamasına kömək edən növbəti səbəb isə il ərzində boks dərsləri ilə məşğul olmasıdır. Nəticə isə göründüyü kimi çox əladır.

Bütün bunlardan ilhamlanan Paskal, daha sonra kitab yazaraq onu satışa buraxdı. Kitabın adı isə "Pəhriz və pizza" idi.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.