Sizin ayaqqabılar sizin haqqınızda nə deyir?

Ataların belə bir məsəli var ki, ilk olaraq geyiminə görə qarşıla, ağlına görə yola sal. Amma biz deyərdik ki, geyimdən də önəmli olan sizin ayaqqabılarınızdır. Sizin ayaqqabılarınıza baxaraq, sizin haqqınızda daha çox şey demək mümkündür.

Klassik ayaqqabılar (inspektor)

Bu ayaqqabıların bir üstünlüyü var ki, onları həm klassik kostyumla da geyinmək olar, həm də casual stildə olduğunuz zamanda da. Bu tip ayaqqabıları daha çox geyinən bəylər adətən rahatlığı sevirlər və onlar sevgidə tək bir adama üstünlük verənlərdir.

Dartılan rezinlə olan ayaqqabılar

Bu tip ayaqqabılar geyinən bəylər daha dəqiqdir və vaxtlarının dəyərini bilirlər. Onlar əlavə ip bağlamağa vaxt ayırmaq istəməyənlərdəndir.

Dəri ilə bəzədilmiş və 2 kəmərli ayaqqabılar

Bu tip ayaqqabı geyinən bəylər daha çox özlərini sevənlərdir. Onlar hər kəsdən fərqlənməyi və bir az da ətrafdakıları özündən cılız görməyə üstünlük verirlər.

Şərhini yaz