Yaxalıq növləri və onları nə ilə geyinmək olar?

Bu dəfə sizə yaxalığların növlərini təqdim edəcəyik və onları nə ilə geyinmək olar barəsində məlumat verəcəyik.

  1. Klassik
  2. Kent
  3. İtaliyan növlü yaxalıq
  4. Fransız növlü yaxalıq
  5. Tab
  6. Button-down
  7. Kəpənək
  8. Mandarin (stoyka varatnik)

Klassik yaxalığa malik köynəklər işgüzar üslub sayılır. Onları daha çox iş kostymları ilə geyinmək daha uyğun olur. Eyni zamanda bu köynəkləri yumru boğaz sviterlərlə də geyinmək düzgün olardı.

Kent və İtaliyan növlü köynəkləri də klassik üslublu kostyumlarla da geyinmək olar. Onları eyni zamanda V boğazlı sviterlərlə də geyinmək düzgün sayılır.

Fransız növlü yaxalığa məxsus köynəkləri kəpənək taxdığınızda və ya enli qalstuk taxdığınızda istifadə edə bilərsiniz.

Tab boğazlığa məxsus köynəklər isə casual stillə daha uyğundur. Lakin əlbəttə ki, bu zaman qalstukdan qəti istifadə etməməlisiniz.

Button-down yaxalıqlı köynəkləri adətən yumru boğaz sviterlərlə və jiletlərlə geyinsəniz siz daha dəbli görünəcəksiniz.

Kəpənək yaxalıqlı köynəklər frak və smokinglə geyinilməlidir. Bu tip köynəklər yalnız və yalnız xüsusi tədbirlər üçün məqsədəuyğundur.

Mandarin yaxalıqlı köynəklə adəti üzrə frençlə (ingilis yaxalıqlı pencək) geyinilir. Eyni zamanda onları dəri gödəkçələrlə də komin etmək mümkündür.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.