Huawei Honor 6C Pro təqdim olundu

"Huawei" şirkəti orta səviyyəli texniki təchizata malik "Honor 6C Pro" smartfonunu təqdim edib.

Qurğu HD təsvir ölçülü 5,2 düymlük IPS displey, səkkiz nüvəli "Mediatek MT6750" prosessoru, 3 QB-lıq əməli və 32 QB-lıq daxili yaddaşla təchiz olunub.

Əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kamerada isə 8 meqapikseldir.

Smartfonun ölçüləri 147,9 x 73,2 x 7,65 mm, çəkisi 145 qr-dır. Aparat "Android 7.0 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Aparat, həmçinin yalnız telefonun blokdan çıxarılması üçün deyil, həm də barmaq izlərinin tanınması ilə bağlı olmayan bəzi funksiyaların icrası üçün nəzərdə tutulmuş daktiloskopik skanerlə təchiz edilib. Məsələn, sensor bildiriş panelini açmağa və onları silməyə imkan verir.

"Huawei Honor 6C Pro" smartfonunun satış tarixi və qiyməti açıqlanmır.

Şərhini yaz