Kriştianu Ronaldu ilin ən yaxşı futbolçusu seçilib

İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu "FİFA" versiyası ilə ilin ən yaxşı futbolçusu seçilib. Mükafatladırılma mərasimi Londonda keçirilir.

Ronaldu 2016-17 mövsümündə İspaniya "La Liqa"sının çempionu, Çempionlar Liqasının qalibi, İspaniya və "UEFA" Superkubokunun qalibi olub. Bundan əlavə portuqaliyalı hücumçu Çempionlar Liqasında 13 oyuna 12 qol vuraraq turnirdə mövsümün ən çox qol vuran oyunçusu olub.

"FİFA" versiyası ilə Ronaldu ötən ildə ən yaxşı futbolçu adına layiq görülüb.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.