Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib

İFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır.

"Palladium" teatrında keçirilən "The Best" adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, Zidan ötən mövsüm "Real"la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.

Şərhini yaz