Təyyarədə uçuş zamanı dəriyə qulluq üçün 5 məsləhət

Bu günə qədər təyyarədə uçuş zamanı dəriniz üçün olan problemləri bilməmisinizsə o zaman bu xəbəri oxuyun.

  1. Uçuşdan öncə üzünüzü yuyun.

Uzunmüddətli uçuş sizin dərinizi quruda bilər, ya da duz qatı yarada bilər. Ona görə də hava limanına getməmişdən öncə üzünüzün dərisinə qulluq edin. Üzünüzü yuduqdan sonra dərinizə nəmləndirici lasion çəkin. O dərinizin pH səviyyəsini normallaşdıracaq, yağlılığı azaldacaq. Yox əgər sizin dəriniz quru dəridirsə, onun nəmləndirilməsini təmin edin. Eyni zamanda yumşaldıcı krem də istifadə etməyi unutmayın.

Bunun üçün sakitləşdirici tonik olan La Roche-Posay-dan istifadə edin. Onun tərkibində sabun və spirt yoxdur.

2. Göz ətrafı dərinizin qayğısına qalın.

Sizin yorğunluğunuzu göstərəcək ilk şey sizin gözlərinizdir. Əgər uçuşdan dərhal sonra sizin görüşünüz varsa, o zaman göz altı kremindən istifadə edin. Belə olduğu halda sizin yorğunluğunuz hiss olunmayacaq.

Ən gözəl seçim Dior-dan olan göz altı kremidir. O göz altıdan olan qaraları yox edir və göz ətrafına parlaqlıq bəxş edir.

3. Dərinizə istirahət bəxş edin.

Üçüşdan öncə istirahət etdiyiniz zaman dərinizi yumşaldacaq maskalardan istifadə edin. Bu həm dərinizi yeniləyəcək, həm də, sizi daha tərəvətli göstərəcək. Təyyarədən düşən zaman özünüzü spa-salondan çıxmış kimi hiss edəcəksiniz.

Bunun üçün ən uğurlu seçim Super Aqua-Mask, Guerlain-dır. Tərkibində olan zəngin inqridiyentlər sayəsində dəriniz daha yumşaq olacaq və effektivliyini dərhal hiss edəcəksiz.

4. Dərinizi nəmləndirin.

Səyahətə gedən zaman elə də çox şey götürməyin özünüzlə. Onların çoxu sizin mehmanxanada olacaq. Ən əsası əl çantanıza nəmləndirici krem əlavə edin.

Bunun üçün ən gözəl seçim Ultra Facial Cream, Kiehl's-dir. Bu kremi alpinistlər özləri ilə Everestə qalxanda götürmüşdülər. Bu krem dərini 24 saat ymşaq saxlayır və dəri daha cavan görünür.

5. Çox spirtli içki qəbul etməyin.

Kola, qəhvə və spirtli içki qəbul etməyin. Əgər sizin dəriniz, sizin üçün önəmlidirsə, o zaman bu içkiləri unudun. Unutmayın ki, uçuş zamanı insan orqanizmi hər bir saata 1 stəkan su itirir. Bunu nə iləsə kompensasiya etmək lazımdır. Əgər stuardessalar sizə içkilər təklif edərsə, onlar arasında yalnız suyu seçin. Amma bir az olsa da. spirtli içki qəbul edəcəyinizi bilirik. Amma ondan sonra mütləq yenə də su için.

Şərhini yaz