Tbilisinin yeni merinin, çox gözəl dəb anlayışı var

Kaladzeni ən dəbli siyasətçi kimi də adlandıra bilərik.

22 oktyabrda Tbilisinin yeni meri seçildi. Bu posta isə Kaxe Kaladze seçilmişdir. O, Gürcüstanın eks Energetika nazirdir və eyni zamanda "Milan" futbol klubunun keçmiş müdafiəçisidir. Kaladzeyə eyni zamanda dəb üzrə də qibtə etmək olar. Düşünürük ki, onun İtaliyada futbol yığmasında iştirakı zamanı İtaliya dəbi ona çox kömək olub.

Onun İnstagram səhifəsinə (@kakhakaladze) daxil olaraq, bizim nə demək istədiyimizi anlaya bilərsiniz. O, köynəyin bir neçə düyməsini açıq qoymaqdan çəkinmir, rəngləri bir-biri ilə qarışdırmağı sevir və müxtəlif növ şarflardan istifadə edir. Eyni zamanda enli şalvarları da geyinməkdən çəkinmir. Yeni merin bundan başqa da bəxti gətirdiyi tərəf var. Onun həyat yoldaşı Anuke Araşidze də dizaynerdir. Yəni seçim zamanı çətinlik çəkdiyi zaman, bu işdə onun həyat yoldaşı ona dəstək olur.

Şərhini yaz