Boya iyindən qurtulmağın ən asan yolu

Təklif edəcəyimiz üsul sizi boya qoxusu dərdindən bir az da olsa qurtara bilər.

Hansı boya qutusunu açırsınızsa açın, havanın qoxusunu korlayacaq. Bu iy ürək bulanma, baş gicəllənməsi və baş ağrısına yol aça bildiyi kimi, xərçəng və qaraciyərə də zərər verə bilər. Bəzi boya markalarının üzərində "aşağı VOCs (solvent)" və ya "sıfır VOC" yazıları olur. Bu yalnız zərərli komponentlərin miqdarının minimuma endirildiyi anlamına gəlir.

Hava keyfiyyət araşdırması rəhbəri Bud Offerman, VOC ehtiva etməyən bir boya olmadığını söyləyir.  Bəs boya qoxusundan xilas olmaq üçün nə edə bilərsiniz? Ən yaxşı həll ventilyasiyadır. Offerman, uçucu komponentlərin digər otaqlara da yayılmaması üçün boyayacağınız otağınızın qapısını bağlı saxlamağınızı təklif edir. Açıq pəncərənin qarşısına isə bir ventilyator qoyun. Beləcə içəridəki havanı çölə çıxararaq otaqda ağır bir qoxu qalmasının qarşısını alın.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.