Ən yaxşı zülal qaynaqları hansılardır?

Ən yaxşı zülal qaynaqları hansılardır?

Fərqli qida növlərində, fərqli amin turşusu kombinasiyaları var. Əzələ inşası üçün 20 amin turşusu arasında ən əhəmiyyətli olanı Losidir. Bir paydan maksimum faydanın təmin edilə bilməsi üçün, təxmini olaraq 2-3 qrama qədər Losi alınması lazımlıdır. Normal ölçülərdəki bir boşqab qırmızı ətdə, ən az 2 qram Losi var.

3 yumurta, 2 stəkan süd, bir balıq ya da 200 qrama qədər qatıq sayəsində 1.5 qram Losi ala bilərsiniz. 200 qram qədər süzmə pendirdə ya da 25 qramlıq vey proteini də 3 qram qədər Losi var. Tərəvəz dünyasında isə zirvədə olan soyadır. 200 qrama qədər soya paxlası, 2.3 qram Losi saxlayır. Paxlalar və mərcimək də ikinci əhəmiyyətli bitki mənşəli qaynaqlardır. 200 qramla 1.2- 1.4 qram Losi təmin edə bilərsiniz. 50 qram çərəz ya da kətan toxumunda da 0.5 qram Losi olduğunu əlavə edək.

Karbohidratlar və yağlar
Bu məqaləni 10 il əvvəl oxumuş olsaydınız, yəqin ki, məşq əvvəlində və sonrasında karbonhidrat istehlak etməniz və yağlardan uzaq dayanmanız söylənilərdi. Məşq əvvəlində karbonhidrat istehlak etmə tövsiyyənin təməlidir, karbohidratların asan enerji qaynaqları olduğu düşüncəsi yatır. Məşq sonrası karbohidrat qəbul etməklə, enerjinizi yenileəmiş olacaqsınız, eyni zamanda qidaların depolanmasına köməkçi olan insulinin ifrazını da təmin edəcəksiniz. Bunun sayəsində, zülallar əzələlərinizə daşınmış olur. Yağların həzm edilməsi isə yavaşdır və kritik hormonların reaksiyalarını məhdudlaşdırır.
Bilməniz lazım olanlar:
Stol arxasında çalışanların, məşq əvvəlində və ya sonrasında zamanının böyük əksəriyyətini oturaraq keçirənlərin, məşqdən əvvəl enerji təmin etmək üçün karbonhidrata ehtiyacları yoxdur. Çünki ehtiyatlarında daha çox enerji var. Gündə enerjinizi istehlak edəcək 1 məşqdən çoxunu etmirsinizsə, enerjinizi yeniləmək üçün bol vaxtınız var deməkdir.
Məşq sonrasında zülallar ilə karbonhidratları birləşdirmək faydalıdır və zülal sintezini artırır. Yağ baxımından narahat olmağa heç bir səbəbiniz yoxdur. Daha yaxşı bir görünüşə qovuşmaq üçün qidalanırsınızsa, total kalori alımınızdan daha çox kaloriləri necə aldığınız və necə istehlak etdiyiniz əhəmiyyət daşıyar. Aşağı karbohidratlı, aşağı yağlı ya da dəyişik kombinasiyalı paylar və qəlyanaltılar istehlak edərək də yağsız və əzələli bir görünüş əldə edə bilərsiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.