Ət yeməyinin yanında portağal suyu için

Mütəxəssislər ət yeməklərini bir stəkan portağal suyu ilə yeməyi tövsiyə edirlər, belə ki, portağal suyunun həzmi asanlaşdırdığını söyləyirlər. Həmçinin ətdə olan bir çox vitamin və mineralların, C vitamini ilə yanaşı istehlak edilməsi halında orqanizm tərəfindən daha tez məniməsinildiyi bildirildi. Bu səbəbdən də, ətin yanında mütləq bir stəkan portağal şirəsi qəbul edilməlidir.

Mütəxəssislər bu mövzu barəsində ətraflı məlumat verdilər: "C vitamini ət qrupunda yer alan dəmirin, A və B vitaminlərinin orqanizmdə daha əlverişli olaraq istifadə edilməsini təmin edir və bu səbəbdən də çox əhəmiyyətlidir.

Ətin daşıdığı qida elementlərinin orqanizmdə istifadəsi üçün yeməklərdə ətlə birlikdə C vitamini də qəbul olunmalıdır. Ən yaxşı yol isə, bir stəkan təbii portağal şirəsidir. Belə olan halda, həm yeməklərinizə yeni və xoş bir dad gəlir, həm də sağlam qidalanmış olursunuz".

Şərhini yaz