Azərbaycanı "Eurovision"da təmsil edəcək ifaçı məlum oldu

Azərbaycanı "Eurovision-2018" mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən bu barədə məlumat verilib. Qeyd olunub ki, bu gün münsiflər heyətinin iclası keçirilib.

Toplantıda ölkəmizi builki yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşib. Bu, Aysel Məmmədovadır.

Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival" (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music İmprovisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Aysel pianoçu, vokalist və bəstəkardır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.