Miri Yusif konsert verəcək

Tanınmış müğənni Miri Yusif Yeni il qabağı pərəstişkarlarını sevindirməyə hazırlaşır.

İfaçı iki gün - dekabrın 8-i və 9-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Müğənni konsertdə sevilən hitlərini səsləndirəcək.

Konsert Miri Yusifə doğma olan və illərdir çalışdığı “SS  Production” tərəfindən təşkil olunur.

Qeyd edək ki, konsertin sponsoru “Haval” avtomobil şirkətidir. İnformasiya dəstəyi “Xəzər” televiziyası, 100.5 FM, “Araz FM”, Bax.tv video portalı və Oxu.Az saytıdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.