Düzgün qidalanma ilə bağlı məlumat

Bu məlumat əsasında gün ərzində qəbul etməli olduğunuz rasionlar haqqında məlumat almış olacaqsınız.

Səhər yeməyi 

Karbohidrat və zülalla zəngin olan qidalar qəbul edin.

Qəbul etməli olduğunuz qidalar - sıyıq, meyvələr, qara çörək, yumurta, kəsmik, pendir və yoqurt.

Bunlar niyə qəbul edilməlidir ? - Gün ərzində daha çox enerjili olmaq üçün.

İkinci səhər yeməyi

Karbohidratla zəngin olan qidalar.

Qəbul etməli olduğunuz qidalar - meyvələr, tərəvəzlər və salat.

Bunlar niyə qəbul edilməlidir ? - Gün ərzində enerji anbarını yüksək səviyyədə tutmaq üçün.

Nahar yeməyi

Karbohidrat, zülal və yağların qəbulu.

Qəbul etməli olduğunuz qidalar - toyuq əti düyü, qarabaşaq və ya makaron ilə. Şorba və ya balıq kartoşka və tərəvəzlərlə.

Bunlar niyə qəbul edilməlidir ? - Orqanizmi lazım olan kalorilərlə təmin etmək üçün.

Məşqdən 1 saat əvvəl

Karbohidrat qəbul etməniz mütləqdir.

Qəbul etməli olduğunuz qidalar - meyvə və yoqurt.

Bunlar niyə qəbul edilməlidir ? - Bədəni məşqə hazır tutmaq üçün.

Şam yeməyi 

Zülalla zəngin olan qidalar qəbul etməlisiniz.

Qəbul etməli olduğunuz qidalar - kəsmik, yumurta, quş əti, balıq, paxlalı tərəvəzlər.

Bunlar niyə qəbul edilməlidir ? - Gün ərzində tükənən enerjini və zələləri bərpa etmək üçün.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.