Kəpəyə qarşı təbii üsullar

Limon suyu: Kəpək problemini həll etmək üçün limon suyunu saç köklərinə sürtə bilərsiniz. Bu üsulla kəpək problemini həll etdiyiniz kimi saçlarınızın güclənməsini də təmin edəcəksiniz. Bu üsulu tətbiq etmədən öncə saçlarınızı şampunla yaxşıca yumağı unutmayın.

Kokos yağı: Kəpəyə qarşı təbii yollardan biri də kokos yağıdır. Kəpəklə mübarizədə təsirli olan kokos yağını duşa girmədən əvvəl saç dərinizə masaj edərək sürtün. Yarım saat gözlədikdən sonra ilıq su ilə saçlarınızı yuyun. Təsirini görəcəksiniz.

Mayonez: Salatlarda istifadə etdiyiniz mayonez də kəpəyə qarşı istifadə edilə bilər. Saçlarınızı şampunla yaxşıca yuduqdan sonra saç diblərinə mayonez sürtün. 30-45 dəqiqə gözlədikdən sonra saçlarınızı təmiz şəkildə yenidən yuyun.

Sirkə: Qoxusu səbəbiylə çox istifadə edilməyən, ancaq təsirli bir həll yolu olan sirkə, kəpəklə mübarizədə önəmli olduğu qədər saçları da gücləndirir. 1 stəkan su ilə 1 stəkan sirkəni qarışdırıb şampun kimi istifadə edin. Qarışığın saç diblərinizə yaxşıca hopmasını təmin edin. Qarışıqdan sonra saçınızı mütləq şampun ilə yuyun.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.