Yerli brend, hansı ki, kişilər üçün əla pijamalar hazırlayır

Yerli Azərbaycan brendi "Yukhulu" adlanır.

Gənc Azərbaycan brendi olan "Yukhulu" bu dəfə bütün kişiləri sevindirmək qərarına gəlib. Belə ki, ilk olaraq qadınlar üçün, daha sonra körpələr üçün pijama istehsal edən brend, nəhayət ki, kişilər üçün də ilk pijama kolleksiyasını təqdim edib.

Pijamalar hələ ki, 7 seçimdə təqdim olunub. Onların tikiliş keyfiyyəti, heç də əcnəbi brendlərindən fərqlənmir. Ən əsas özəlliyi isə qiymətinin münasib olmasıdır. Hər bir kişi bu pijamaları əldə etdikdən sonra, əlavə olaraq, bir gün də evdə qalmaq istəyəcək. Buna səbəb isə onların rahatlığıdır ki, o rahatlıqdan heç bir kişi imtina etmək istəməyəcək.

Pijamaları sifariş etmək üçün "Yukhulu" brendinin rəsmi facebook və ya insatagram səhifələrinə daxil olmağınız yetərlidir. Hələlik isə Sizi, kolleksiyadan olan fotoları izləməyə dəvət edirik.

Şərhini yaz