Dünyanın ən seksual baş aşpazı

Nyu-Yorkdan olan baş aşpaz Franko Noreqa dünya uğurunun reseptini bilir. O, kulinariya üzrə blogerdir.

Onun məşhurlaşmasının əsas səbəbi o, videolarını demək olar ki, paltarsız olaraq təqdim etməsindədir. 2007-ci ildə Noreqa ana vətəni olan Perudan, Nyu-Yorka gələrək, aktyorluq dərslərini öyrənmək istəyir. Amma burada onun yerlisi fotoqraf Mario Testino onu kəşf edir. O, model kimi fəaliyyətə başlayır. Daha sonra isə. onu model kimi Dolce & Gabbana və Calvin Klein də kəşf edir. Moda dünyasında uğur qazanan Noreqa, daha sonra xatırlayır ki, onun ailəsi aşpazdılar və o, öz köklərinə geri dönməyə qərar verir.

"Mənim valideyinlərim Peruda retoran biznesi ilə məşğul olurlar və mənim bütün uşaqlığım mətbəxlərdə keçib. Mən sağlam qidalar haqqında demək olar ki, hər şeyi bilirəm".

Ötən il Noreqa Nyu-Yorkda ilk təbii qidalarla bağlı olan restoranını təqdim etmişdir. Restoran "Baby Brassa" adlanır. Eyni zamanda o, Youtube-də Franco Cooks adlı kanal da açmışdır. Onun videolarını izləyənlər arasında məşhur proqram aparıcısı Ellen Dedceners də var. Daha sonra Ellen Noreqanı öz proqramına qonaq çağırıb. Onu da qeyd edək ki, qeyd olunan proqramın əvvəllər qonağı Obama, Di Kaprio və JLO kimi məşhurlar olub.

Bu il isə Noreqa ikinci "Baby Brassa" restornını təqdim etmişdir. Hal-hazırda isə 3-cü restornı da təqdim etməyə hazırlaşır.

Şərhini yaz