Həmyerlimiz ABŞ-da polis zabiti oldu

Etibar Xəlilov adlı azərbaycanlı Los-Anceles ştatında polis zabiti vəzifəsinə təyin olunub.

Bununla bağlı həmyerlimizə rəsmi sertifikat və rütbə sancağı da təqdim olunub.

Etibar Xəlilov ABŞ-a 2002-ci ildə Rusiyadan gedib. Getdiyi gündən həmyerlimiz burada  polis kimi çalışmaq arzusunda olub. O, bu arzusunu reallaşdırmaq üçün əvvəlcə ingilis dili kursuna gedib. Daha sonra vətəndaş olan Etibar hərbi təhsilini davam etdirib. Bu barədə açıqlama verən Etibar bildirib ki, o, əvvəl Rusiyada hərbi təhsil alıb, altı il hərbçi kimi çalışıb.

Mənbə : www.primetime.az

Şərhini yaz